KİV: ABŞ və İsrail Qəzza ilə bağlı razılığa yaxındır

Dünya

29.09.2025 - 14:16

“Rəsmi əlavə etdi ki, HƏMAS-ın razılığı hələ də tələb olunur"

ABŞ və İsrail hakimiyyəti ABŞ Prezidenti Donald Trampın təklif etdiyi Qəzza sülh planı ilə bağlı razılaşmaya çox yaxındırlar, lakin Fələstinin radikal HƏMAS hərəkatı hələ ki, razılaşmayıb. AYNA.AZ xəbər verir ki, bu barədə sentyabrın 28-də Amerikanın “Axios” onlayn portalının jurnalisti Barak Ravid mənbələrə istinadən məlumat yayıb.

“Yüksək rütbəli ABŞ rəsmisi, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff və ABŞ liderinin kürəkəni Jared Kuşner arasında İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıqlarından sonra ABŞ və İsrailin Trampın Qəzzada müharibəni dayandırmaq planı ilə bağlı razılığa çox yaxın olduğunu bildirdi. Rəsmi əlavə etdi ki, HƏMAS-ın razılığı hələ də tələb olunur", - Ravid “X”də yazıb.

Tramp daha əvvəl “Reuters”ə verdiyi müsahibədə dediyi kimi, sentyabrın 29-da Ağ Evdə Netanyahu ilə görüşündə Qəzza zolağında nizamlanma sazişinin təfərrüatlarının razılaşdırılacağını gözləyir. Tramp əmin edib ki, “hamı razılıq əldə etmək istəyir”. O İsrail və ərəb dövlətlərindən mümkün razılaşmalarla bağlı "çox yaxşı cavab" aldığını bildirib.

“Axios”a müsahibəsində Amerika lideri bildirib ki, Qəzza zolağında nizamlanma üzrə məsləhətləşmələr hazırda “son mərhələdədir” və bu, Yaxın Şərqdə daha geniş nizamlanmaya gətirib çıxara bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş