Kəlbəcərdə traktor aşıb

Hadisə

23.11.2022 - 11:36

Həkimlər Klinikalar SEO Xidməti

Sürücü ölüb

Kəlbəcər rayonunda traktor aşıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan AYNA-ya verilən məlumata görə, hadisə noyabrın 18-də rayonun Bağlıpəyə kəndində baş verib.

Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Tağıyev Fariz Rəhim oğlu idarə etdiyi “ZL 50” markalı traktor tipli frontal yükləyicinin idarəetmədən çıxaraq aşması nəticəsində dünyasını dəyişib.


Faktla bağlı Kəlbəcər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş