Kəbənin yuyulması mərasimi olub

Maraqlı

16.08.2022 - 17:38

Mərasimdə krallığın şahzadələri, üləmalar, hökumət nümayəndələri də iştirak ediblər

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdüləzizin adından müqəddəs Kəbə evinin yuyulması şərəfinə layiq görülüb. AYNA xəbər verir ki, bu barədə ölkənin rəsmi agentliyi məlumat yayıb.

Vəliəhd Məhəmməd bin Salman Kəbə evinin ətrafında Təvaf icra etdikdən və içəridə iki rükət namaz qıldıqdan sonra divarları yuyub.

Mərasimdə krallığın şahzadələri, üləmalar, hökumət nümayəndələri də iştirak ediblər.

Müəllif: Ayna.az