“Avropa Vaşinqtonun iştirakı olmadan Kiyevə müstəqil şəkildə dəstək vermək iqtidarında deyil”
“Avropa Vaşinqtonun iştirakı olmadan Kiyevə müstəqil şəkildə dəstək vermək iqtidarında deyil”. AYNA.AZ xəbər verir ki, bu sözləri “Politico”ya müsahibəsində Avropa diplomatiyasının rəhbəri Kaya Kallas deyib.
O ABŞ Prezidenti Donald Trampın Ukraynada müharibəni dayandıracağına söz verdiyini xatırladaraq bildirib ki, bu məsələ ilə təkcə Avropa məşğul ola bilməz.
Avropa diplomatiyasının rəhbəri, həmçinin qeyd edib ki, ABŞ NATO-nun ən böyük üzvüdür və “NATO-nun nə etməli olduğu” sualı ortaya çıxanda bu, ABŞ-ın nə etməli olduğuna da aiddir”.