İsveçdən Ukraynaya mülki dəstək: 122 milyon dollar ayırılacaq

Dünya

29.09.2025 - 23:09

Vəsait Ukraynanın “ən təcili ehtiyaclarının ödənilməsinə” xərclənəcək

İsveç Ukraynaya yeni mülki dəstək paketi çərçivəsində 1,145 milyard kron (122 milyon dollar) ayıracaq. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə İsveç hökumətinin kansler departamentinin məlumatında qeyd edilib.

Bildirilib ki, vəsait Ukraynanın “ən təcili ehtiyaclarının ödənilməsinə” xərclənəcək. Bunlara enerji təchizatının təmin edilməsi, qaçqınlara və müstəqil mediaya yardım, minaların təmizlənməsi və səhiyyə sahəsi daxildir. Bunun 145 milyon kronu (15,44 milyon dollar) humanitar yardıma ayrılacaq.

Bu il Stokholmun Kiyevə verdiyi vətəndaş dəstəyinin 9 milyard krona (958 milyon dollar) çatacağı gözlənilir. Bu məbləğ İsveçin inkişaf yardımı büdcəsinin 16%-ni təşkil edəcək. Məlumdur ki, İsveç hakimiyyəti Ukraynaya ayrılan vəsaitin həcmini “yenidən bölüşdürülməsi” – digər ölkələrdən gələn dəstəyi azaltmaq və ya ləğv etməklə artıra bilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş