İsrail ordusu Qəzza şəhərinin yarıdan çoxunu ələ keçirib

Dünya

28.09.2025 - 16:48

İsrail Müdafiə Qüvvələri (IDF) anklavda davam edən hücumun bir hissəsi olaraq Qəzza şəhərinin yarıdan çoxunu ələ keçirib. AYNA.AZ xəbər verir ki, bu barədə “Jerusalem Post” (JP) mənbələrə istinadən məlumat yayıb.

Bundan əlavə, nəşr Qəzza şəhərinin bir milyon sakininin təxminən 800 mininin təxliyə edildiyini yazıb.

Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Fələstinin radikal HƏMAS qruplaşmasının məğlubiyyətini sürətləndirmək üçün Qəzza şəhərinin ələ keçirilməsi əməliyyatının qısaldılmasını əmr etmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş