"Instagram" yeniyetmələri qorumaq üçün tətbiqdə dəyişiklik edildiyini açıqlayıb.
AYNA-nın xəbərinə görə, bu barədə tətbiqin rəhbəri Adam Mosseri məlumat yayıb.
Bildirilib ki, yeniyetmə istifadəçilərinə tövsiyə etdiyi məzmunda daha seçici olacaq və sosial şəbəkəni uzun müddət istifadə edən yeniyetmələri fasilə verməyə təşviq edəcək.
Mosseri "Instagram"ın gənc istifadəçilərə təklif olunan, göstərilən məzmunu və hesabları daha ciddi şəkildə izləyəcəyini vurğulayıb.
Açıqlamada gənclər üçün platformaya gətirilən "fasilə ver" funksiyası sayəsində proqramdan müəyyən müddət istifadə edən gənclərin fasilə verməyə təşviq ediləcəyi qeyd olunub.
ABŞ, İngiltərə, Avstraliya və Kanadada artıq aktivləşdirilən yenilik gələn ildən digər ölkələrdə də istifadəyə veriləcək.