İcbari Tibbi Sığortanın “bismillah”ında aparat xarab olub

Cəmiyyət

07.11.2019 - 21:00

Mingəçevir sakinləri qan müayinəsinə getməsinlər, çünki cihaz xarab olub

 

Mingəçevir sakini Elxan Rəşadov yaşadığı şəhərin mərkəzi xəstəxanasından şikayətçidir. Onun sözlərinə görə, 05.11.2019-cu ildə qan analizi verib, amma bu gün cavabını götürməyə gedəndə məlum olub ki, biokimyəvi analizlər aparılmayıb: “Səbəbini soruşdum, cavab verdilər ki, “artıq üçüncü gündür, bu analizləri yoxlamaq üçün aktivlər (reaktivlər – müəll.) şəhərdə olmadığına görə qəbul etmirik”. Görün, nə gündəyik, Respublikanın dördüncü şəhəri olan Mingəçevirdə, 3 gündür aktiv yoxdur ki, biokimyəvi analizləri etsinlər”.

 

AYNA şikayətçinin müraciəti ilə əlaqədar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının (MŞMX) direktoru Könül Ələkbərovla əlaqə saxlayıb. O bildirib ki, hazırda icbari tibbi sığorta layihəsi ilə əlaqədar şimal rayonlarından birindədir, amma xəstəxanada onu əvəz edən rəhbərlik var.

Raminə Eyvazqızı