Goranboy sakini dəm qazından zəhərlənib

Xəbərlər

03.12.2022 - 23:18

Zərərçəkmişin vəziyyətinin kafi olduğu bildirilir

Goranboyda zəhərlənmə faktı qeydə alınıb. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Tatarlı kəndində baş verib.

 

Kənd sakini, 1974-ci il təvəllüdlü Gülarə İsmayılova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Pasientə tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə qadın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Müəllif: Ayna.az