Gənclər "880 il Sənsiz" filmini təqdim edib

Mədəniyyət

21.07.2021 - 17:06

Film Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub

 

Sumqayıt Gənclər Evi “Nizami ili”nə həsr olunan qısametrajlı film təqdim edib. Sumqayıt Gənclər Evindən AYNA-ya verilən məlumata görə, 22 fevral tarixində Nizami Gəncəvinin yaradıcılığı mövzusunda Türkdilli dövlətlərin şair, yazıçı və elm adamları ilə birgə genişmiqyaslı konfrans keçirilib və bu gün Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş "880 il Sənsiz" adlı qısametrajlı film ictimaiyyətə təqdim edilib.

 

Məlumatda qeyd edilir ki, 5 yanvar 2021 - ci il Cənab Prezident İlham Əliyevin 2408 nömrəli sərəncamına əsasən dahi şair Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibəti ilə 2021-ci il "Nizami ili" adlandırılıb. Sumqayıt Gənclər Evi müvafiq sərəncamı rəhbər tutaraq öz fəaliyyətində "Nizami ili" ilə əlaqədar tədbirlər planı hazırlayıb və plan icra edilməkdədir.

Müəllif: Ayna.az