“Gələrsən-Görərsən”... bu sirli dünyanı - FOTOLENT

Mədəniyyət

29.09.2024 - 19:01

Həkimlər Klinikalar SEO Xidməti

Coğrafi mövqeyimöhkəm divarları onu alınmaz qalaya çevirib

“Gələrsən-Görərsən” qalası (bəzi mənbələrdə “Gəl-Gör-Get” qalası) Şəkidə, Kiş kəndinin şimal-şərqində, Qaratəpə dağının üzərində yerləşir. Kişlilər bu qalaya alınmazlıq və əlçatmazlıq rəmzi olaraq Qız qalası, Qızlar qalası deyirlər.

Qalanın coğrafi mövqeyi, möhkəm divarları və sıldırım olması onu alınmaz müdafiə istehkamına çevirib. Bura 3 istiqamətdən hücum etmək mümkün deyil. Bir istiqaməti isə hündürlüyü 7 metrə çatan bürclər, qalınlığı 3 metrədək olan qala divarları qoruyur.

Qalanın nə zaman tikildiyi barədə dəqiq məlumat yoxdur. Bəzi müəlliflər onun tarixini XVI əsrə aid etsələr də, bir sıra tarixçilər abidənin daha qədim olması fikrindədirlər.

Tarixçilərin verdiyi məlumata görə, 1743-cü ildə Nadir şah böyük qüvvə toplayıb, təpədən dırnağa qədər silahlanmış 30 minlik nizami ordu ilə Şəkiyə yürüş edib. Düzənlikdə açıq savaşda onunla bacara bilməyəcəyini dərk edən Şəki vilayətinin hakimi Hacı Çələbi xan qalaya sığınaraq müqavimət göstərməyi qərara alıb. Nadir şah Hacı Çələbi xana məktub yazaraq qalanın təslim edilməsini tələb edib, əks halda torpağını yerlə-yeksan edəcəyini, qaladakıların hamısını qılıncdan keçirəcəyini bildirib. Qalanın igid müdafiəçiləri isə ona açıq cavab verərək, “Gələrsən, görərsən” deyiblər.

Azərbaycan tarixçiləri Kərim ağa Fateh, Abbasqulu ağa Bakıxanov qalanın heç kim tərəfindən fəth edilmədiyini yazıblar. Hazırda dağın üzərində, meşə ilə əhatə olunmuş qala öz dağılma dövrünü yaşayır. Halbuki, lazımi diqqət göstərilsə, tarixi turizm marşrutu kimi çox əhəmiyyətli olar.

“Gələrsən-Görərsən”... bu sirli dünyanı - “Gələrsən-Görərsən”... bu sirli dünyanı - “Gələrsən-Görərsən”... bu sirli dünyanı - “Gələrsən-Görərsən”... bu sirli dünyanı - “Gələrsən-Görərsən”... bu sirli dünyanı - “Gələrsən-Görərsən”... bu sirli dünyanı - “Gələrsən-Görərsən”... bu sirli dünyanı - “Gələrsən-Görərsən”... bu sirli dünyanı - “Gələrsən-Görərsən”... bu sirli dünyanı - “Gələrsən-Görərsən”... bu sirli dünyanı - “Gələrsən-Görərsən”... bu sirli dünyanı - “Gələrsən-Görərsən”... bu sirli dünyanı - “Gələrsən-Görərsən”... bu sirli dünyanı - “Gələrsən-Görərsən”... bu sirli dünyanı - “Gələrsən-Görərsən”... bu sirli dünyanı -
Müəllif: İlham Mustafa