Filippində güclü zəlzələ olub

Dünya

01.10.2025 - 10:12

Ölənlərin sayı 61-ə çatıb 

Filippində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 61-ə çatıb. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə dövlət rəsmiləri bildirib.

Qeyd edək ki, Filippinin Sebu əyalətinin San-Remiqio şəhərində 6,9 bal gücündə zəlzələ olub.

Filippin Vulkanologiya və Seysmologiya İnstitutu bildirib ki, tektonik mənşəli zəlzələ Sebu əyalətindəki Boqo şəhərindən təxminən 20 kilometr şimal-şərqdə, 5 kilometr dərinlikdə baş verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş