Azərbaycanı təmsil edən JIVA qrupu müsabiqənin finalına çıxa bilməyib
"Eurovision" Mahnı Müsabiqəsinin ikinci yarımfinal mərhələsi Avstriyanın paytaxtında keçirilib. AYNA.AZ xəbər verir ki, daha 10 iştirakçı ölkə təmsilçisi finala yüksəlib.
Final mərhələsi bu gün axşamı keçiriləcək.
İkinci yarımfinal birinci yarımfinaldan daha az gərgin keçib: siyasi komponent minimum səviyyədə saxlanılıb. Birinci yarımfinalda bəzi tamaşaçılar İsrail müğənnisi Noam Bettananı fitə basıblar, digərləri isə onu dəstəkləyən şüarlar səsləndiriblər.
BBC-nin müxbiri Mark Savage qeyd edib ki, ikinci yarımfinal daha az gərgin keçib və bütün favoritlər sakitcə final mərhələsinə adlayıblar.
Finala on ifaçı vəsiqə qazanıb:
Albaniya (müğənni Alis, mahnı "Nân")
Avstraliya (Delta Goodrem, "Eclipse")
Bolqarıstan (Dara, "Bangaranga")
Kipr (Antigoni, "Jalla")
Ukrayna (LELÉKA, "Ridnym")
Çexiya (Daniel Žižka, "Crossroads")
Danimarka (Søren Torpegaard Lund, "Før Vi Går Hjem")
Malta (Aidan, "Bella")
Rumıniya (Alexandra Căpıtănescu, "Choke Me")
Norveç (Junas Lov, "Ya Ya Ya")
Finalda onlara birinci yarımfinalın 10 qalibi (İsrail, Belçika, Xorvatiya, Finlandiya, Yunanıstan, Litva, Moldova, Polşa, Serbiya və İsveç), eləcə də Avstriya (tədbirin ev sahibi ölkəsi kimi), Birləşmiş Krallıq, Fransa, Almaniya və İtaliya qoşulacaqlar.
Finlandiyalı Linda Lampenius və Pete Parkkonen dueti lider hesab olunur. İlk üçlükdə isə yunan ifaçısı Akilas (Akilas Mytileneos) və avstraliyalı Delta Goodrem yer alır.
Tənqidçilərə görə, Delta Goodrem də qələbəyə iddialıdır. Onun Selin Dion üslubunda klassik ballada olan mahnısı həm tamaşaçıları, həm də ümumi balın yarısını təşkil edən peşəkar bəstəkarlardan ibarət münsiflər heyətini məmnun edə bilər.
Qeyd edək ki, lirik balladası "Just Go" ilə Azərbaycanı təmsil edən JIVA qrupu müsabiqənin finalına çıxa bilməyib.