"Ermənistan silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini artilleriya atəşinə tutur" - Müdafiə Nazirliyi

Xəbərlər

11.05.2023 - 19:13

Nazirlik Ermənistanın təxribatları barədə məlumat yayıb

Mayın 11-i saat 17:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun şərti sərhədin bu istiqamətdəki mövqelərini D-30 toplarından istifadə etməklə atəşə tutur.

Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş