Ermənilərdən "Eurovision" qabağı növbəti hiylə - ÇAĞIRIŞ

Maraqlı

17.12.2021 - 23:04

Ermənistan uşaqları və mahnı müsabiqəsini cəlb edərək, yenidən Azərbaycana yalvarır

İnternetdə “Twitter” sosial şəbəkəsindən götürülmüş skrinşotlar yayılıb və orada Azərbaycan vətəndaşlarını “Junior Eurovision” Mahnı Müsabiqəsində erməni müğənni Malenaya səs verməyə çağırıb.

14 yaşlı Malenanın özünün tərtib etdiyi iddia edilən müraciətin mətni və diqqət... təmiz Azərbaycan dilində!

“Əziz azərbaycanlılar! Bilirəm ki, biz bir-birimizə nifrət edirik, lakin "Junior Eurovision" mahnı müsabiqəsi hamımızı birləşdirməlidir! Ermənistanı və Malenanı dəstəkləyin, biz də Sona Əzizova və onun “O günlərdən biri” sehrli balladasını dəstəkləyəcəyik. Uğurlar, Ermənistan və Azərbaycan!” – müraciətdə yazılıb.

Bəzi Azərbaycan KİV-ləri bu müraciəti “Malenanın "Twitter" səhifəsindən dediyi sözlər” kimi qələmə verərək, məlumatı dəqiqləşdirməyə belə zəhmət çəkməyiblər. Amma Malenanın "Twitter" səhifəsi yoxdur, qız müstəsna olaraq "Instagram" istifadə edir və azərbaycanlıları erməni rəqibə səs verməyə çağıran mətnin müəllifi "StrongHayastan" səhifəsini yaradan Stepan adlı bir erməni millətçisidir.

Ölkədə tanınmış və hörmətli media vasitələrinin bu cür qeyri-dəqiqliklərə yol verməsi, həmvətənlərini çaşdırması şok doğurur.

Məsələ onda deyil ki, biz tolerant, sülhsevər və mehriban xalq olaraq gənc erməni müğənniyə qarşı çıxırıq. Üstəlik, heç şübhəsiz ki, Malenanın ifası bizlərdən kiminsə xoşuna gəlsəydi, o zaman biz də səxavətli, alicənab bir xalq kimi xal, səs kimi açıq-saçıq cəfəngiyyatlara əl atmazdıq. Sonda bütün digər musiqi yarışmaları və müsabiqələri kimi “Eurovision” da siyasətdən kənar bir hadisədir: nizamnaməyə uyğun olaraq, burada mübahisə doğurmaq, hətta daha çox, müxtəlif şüarlarla, siyasi çağırışlarla çıxış etmək qadağandır.

Və daha bir detal. Azərbaycanın dəstəyini istəyən Stepanın "StrongHayastan" səhifəsindən müraciəti mahiyyət etibarilə məntiqsizdir. Biz və bütün dünya dilənçiliyin erməni mahiyyətinin xüsusiyyətlərindən biri olduğuna öyrəşmişik, amma üzr istəyirəm: xahiş mətni “nifrət” sözü ilə başlaya bilərmi? Təəssüf ki, ermənilər heç bir ibrət dərsi almır, öz sevimli dilənçilik üsulları ilə hiyləgər və ikiüzlü yozumla hərəkətlərini davam etdirirlər.

Sənətçilər, hətta daha çox uşaqlar siyasətçilərin və intriqanların əlində silaha çevrilməməlidir. Ermənistanı "Junior Eurovision" Mahnı Müsabiqəsində təmsil edən müğənni Malena ilə olduğu kimi, uşaqların özlərinin də intriqan rolunu oynaması olduqca kədərlidir. 2020-ci il noyabrın 5-də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Şuşa şəhərinin zəfərlə azad edilməsi ərəfəsində Milena 54.000 "Instagram" izləyicisinə təxribat xarakterli siyasi mesajla müraciət edib (mətn orijinala uyğun olaraq hərfi şəkildə tərcümə olunub):

“Əziz dostlar və "Eurovision" azarkeşləri! Çox təəssüf hissi ilə biz "Junior Eurovision" Mahnı Müsabiqəsində iştirakdan imtina etdiyimizi elan edirik. Komandamız "COVID-19" pandemiyası zamanı belə iştirakımızı mümkün etmək üçün hazırlaşdı və yorulmadan çalışdı, lakin bölgəmizdə görünməmiş təcavüz planlarımızı pozdu. Artsaxda müharibə çətin mərhələyə qədəm qoyur. Bizim hamımızın azadlığımız üçün canlarını fəda edən qohumlarımız, dostlarımız, qonşularımız var. Belə məqamlarda bizim borcumuz xalqımızla, Vətənimizlə bir yerdə olmaqdır. Biz həmişəkindən daha güclü qayıdacağıq", - deyə gənc "vətənpərvər" yazmışdı.

Nəticə çıxarmaq, necə deyərlər, artıqdır. Amma Azərbaycan istər "Eurovision"da, istərsə də bütün digər müsabiqə və festivallarda həmişə vicdanla səs verəcək.

Bildiyiniz kimi, ən güclü qalib gəlir...

Ermənilərdən "Eurovision" qabağı növbəti hiylə - Ermənilərdən "Eurovision" qabağı növbəti hiylə - Ermənilərdən "Eurovision" qabağı növbəti hiylə -
Müəllif: İradə Əsədova