Ərdoğanla Trampın görüşündə Yaxın Şərq müzakirə olunacaq

Dünya

22.09.2025 - 14:24

“Yaxın Şərqdə atılan hər bir addım bizim üçün həyati əhəmiyyət kəsb edir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla sentyabrın 25-nə planlaşdırılan görüşündə “Yaxın Şərqin çox vacib mövzu” olduğunu bəyan edib.

AYNA.AZ "A Haber"ə istinadən bildirir ki, Ərdoğan Nyu Yorkdakı Türk Evinə gələrkən jurnalistlərə deyib: "Regional məsələlər, xüsusilə də Suriya müzakirə olunacaq. Yaxın Şərqdə atılan hər bir addım bizim üçün həyati əhəmiyyət kəsb edir. Təbii ki, bunu cənab Trampla müzakirə etməliyik. Bu, çox vacibdir".

Türkiyə Prezidenti həmçinin qeyd edib ki, BMT Baş Assambleyası çərçivəsində Suriyanın müvəqqəti Prezidenti Əhməd əl-Şaraa ilə görüşəcək. Danışıqların BMT binasının yaxınlığında yerləşən Türk Evində baş tutacağı gözlənilir.

Trampla görüş sentyabrın 25-nə planlaşdırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş