Ərdoğanın şirləri görüntüləndi - <font color=red> FOTO</font>

Maraqlı

07.06.2020 - 19:01

Sudan Prezidentinin Ərdoğana hədiyyə etdiyi 4 şir 5 yaşına çatıb

 

Türkiyənin ən böyük, Avropanın üçüncü, dünyanın isə dördüncü zooparkı sayılan Qaziantep Zooparkında bəslənən, Prezident Rəcəb Tayyip Ərdoğanın şirləri 5 yaşına çatıblar. AYNA Türkiyə mediasına istinadən bildirir ki, təxminən üç il əvvəl Sudan Prezidenti Ömər Əl Bəşir tərəfindən Ərdoğana hədiyyə edilən Nil, Sultan, Sudan və Sevakin adlı 2 dişi, 2 erkək şirlər 130-160 kilodurlar. Şirlərin ilin sonuna qədər bala verməsi gözlənilir.

 

Şirlərlə bağlı xəbər verən Qaziantep Böyükşəhər Bələdiyyəsinin Təbiəti Qoruma Dairəsi müdiri Cəlal Özsöylər deyib ki, illər əvvəl Sudan Prezidenti Ərdoğana bu şirləri hədiyyə edib, Prezident də onları Qaziantep Zooparkına göndərib: “Prezidentin şirləri zooparkımıza ilk gələndə çox balaca və cılız idilər. Artıq 5 yaşları var. Şirlərə qulluq həssaslıqla edilir. Mütəmadi olaraq tibbi müayinələri aparılır. Hazırda cütləşmə dövründədirlər. Bu il şirlərin bala verəcəyini düşünürük”.

“Prezidentimizin şirlərinin burada olması zooparka gələnlərin də sayını artırır”, - deyən Özsöylər bildirib ki, Türkiyənin müxtəlif yerlərindən zooparka gələnlər var: “Biz də o səbəbdən, bu şirlərə xüsusi diqqət göstəririk. Şirlərin qəfəsini də təbiətə uyğun şəkildə hazırlamışıq, həm yay üçün, həm də qış üçün qəfəsləri var”.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə