Əməkdar artist dəfn olunub

Mədəniyyət

28.05.2021 - 15:55

Zöhrə Abdullayeva Xırdalan şəhər qəbiristanlığında torpağa tapşırılıb

 

Əməkdar artisti Zöhrə Abdulla qızı Abdullayeva Xırdalan şəhər qəbiristanlığında anasının yanında dəfn olunacaq. AYNA xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

 

“Nazirliyin rəhbərliyi və kollektivi Əməkdar artist Zöhrə Abdullayevanın vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər”, - məlumatda qeyd edilib.

 

Müğənni nazirliyin açıqladığı yerdə, Xırdalan şəhər qəbiristanlığında anasının yanında torpağa tapşırılıb. Dəfn mərasimində müğənninin yaxınları və sənət yoldaşları iştirak edib.

 

Xatırladaq ki, Zöhrə Abdullayeva bu gün 68 yaşında vəfat edib. O, uzun müddət idi ki, xəstəlikdən əziyyət çəkirdi.

Müəllif: Ayna.az