Düşmənin daha bir texnikası ələ keçirilib - <font color=red> FOTOLAR</font>

Aktual

01.10.2020 - 12:17

Geri çəkilən düşmən ordusu texnikalarını ataraq qaçırlar

 

Ermənilərin daha bir texnikası ələ keçirilib. AYNA AzərTac-a istinadən bildirir ki, Azərbaycan Ordusu qarşısında geri çəkilən düşmən ordusu texnikalarını ataraq qaçırlar.

 

Hərbçilərimiz uğurlu əməliyyat nəticəsində düşmənin daha bir texnikasını – “URAL” markalı hərbi maşınını qənimət olaraq ələ keçirib.

 

Maşının içində erməni əsgərinə məxsus papaq aşkar edilib. Texnika işlək vəziyyətdədir.

 

Qeyd edək ki, daha əvvəl düşmənin 1 “URAL” və 1 “UAZ” markalı hərbi maşını da qənimət olaraq ələ keçirilmişdi.

Müəllif: Ayna.az