“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik olundu

İqtisadiyyat

17.04.2020 - 17:00

Sənəd müzakirələrdən sonra I oxunuşda qəbul edilib

 

Peşə təhsili və ümumi təhsil müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərdən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumu tutulması təklif edilib. 

 

AYNA xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

 

Qanuna təklif edilən dəyişikliyə əsasən, sənədin 14.83-cü bəndində “ümumtəhsi” sözü “peşə təhsili və ümumi təhsil” sözləri ilə əvəz edilir.

 

Dəyişikliklə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada, habelə peşə təhsili və ümumi təhsili müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə aşaığdakı rüsumlar tutulacaq:

 

1. On beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda: 1 illik – 60 manat; 2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) - 120 manat;

 

2. İyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda : 1 illik – 40 manat; 2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) - 80 manat;

 

Sənəd müzakirələrdən sonra I oxunuşda qəbul edilib.

Müəllif: Ayna.az