Sabah 1 ABŞ dolları 1,7 manat səviyyəsində müəyyən olunub
Azərbaycan Mərkəzi Bankı (AMB) dolların noyabrın 1-nə olan məzənnəsini açıqlayıb. AMB-dən AYNA-ya verilən məlumata görə, sabah 1 ABŞ dolları 1,7 manat səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, bu gün də eyni məzənnə mövcud olub.