“Təhlükəsizlik kameraları vətəndaşları mümkün cinayətlərdən sığortalamış olar”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev Bakıda təhlükəsizlik kameralarının sayının artırılmasını istəyir. AYNA xəbər verir ki, millət vəkili bu çağırışı Milli Məclisin iclasında edib.
“Deputat Fazil Mustafaya qarşı təşkil edilmiş terrorda iştirak etmiş cinayətkar dəstənin üzvləri ifşa edildi ki, buna görə hüquq-mühafizə orqanlarına təşəkkür edirəm. Lakin hesab edirəm ki, belə hadisələrin müəyyən edilməsi ilə bağlı şəhərdə təhlükəsizlik kameralarının sayı artırılmalıdır”, - deputat vurğulayıb.
Q.Həsənquliyevin qənaətincə, təhlükəsizlik kameraları vətəndaşları mümkün cinayətlərdən sığortalamış olar, təhlükəsizlik daha etibarlı təmin olunar.