“Biz Ukraynanı gücləndirməliyik və Rusiyanı sanksiyalarla zəiflətməliyik”
“Rusiya təcavüzünün başlamasından 4 il ötür ki, Ukrayna Avropanın cəbhə müdafiəçisinə çevrilib”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Danimarkanın Baş naziri Mette Frederiksen Kopenhagendə “Avropa Siyasi Birliyinin” 7-ci Sammitinin açılış plenar sessiyasında çıxışı zamanı deyib.
Frederiksen qeyd edib ki, “müdafiə üçün çox işlər görülüb, lakin Rusiyanı dayandırmaq üçün silahlanmanın sürətləndirilməsi və Ukraynaya dəstəyin artırılması vacibdir”.
"Rusiya ilə sülhün yeganə yolu gücdür. Biz Ukraynanı gücləndirməliyik və Rusiyanı sanksiyalarla zəiflətməliyik", - o bildirib.