Daha 155 nəfərə COVID-19 əleyhinə peyvənd vurulub

Xəbərlər

26.03.2023 - 18:26

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 155 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 61, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 50, pozitiv nəticədən sonra “buster” doza olunanların sayı isə 3 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 953 037, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 405 654, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 794, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 401 715, pozitiv nəticədən sonra “buster” doza olunanların sayı 265 874 təşkil edir.

Müəllif: Ayna.az