Çingizxan müsəlmanları niyə qırdı? - <font color=red> Professor açıqlayır</font>

Maraqlı

28.08.2019 - 22:31

"Ən çox da İslam ruhanilərini öldürürdülər"


"Orta Asiyanı, İranı və Cənubi Qafqazı ehtiva edən Xarəzmşahlar dövləti ilə Böyük Monqolustan arasında yaxşı diplomatik və ticarət əlaqələri var idi və Çingizxanın Xarəzmşahlar dövlətinə hücum etmək niyyəti yox idi. Hər şey 1218-ci ildə Monqolustandan sərhədyanı Otrar şəhərinə gəlmiş ticarət karvanından başlandı". AYNA xəbər verir ki, bu sözləri professor, filologiya elmləri doktoru Kamil Allahyarov bildirib

 

Professorun sözlərinə görə: "Monqol tacirləri Xarəzmşahlar ölkəsinə xəz məmulatları və s. bahalı mallar gətirmişdilər ki, onları satıb, puluna şərab alıb aparsınlar. Otrar hakiminin bu mallara gözü düşür və o, Məhəmməd Xarəzmşaha məktub yazır ki, 800 nəfər monqol casusu tutmuşuq, bunlarla nə edək? Kefli halda olan şah da cavab yazır ki, hamısını öldürün. Bu hadisədən xəbər tutan Çingizxan Xarəzmşahın yanına üç nəfərdən ibarət nümayəndə göndərərək hadisəni törədənlərin cəzalanmasını və dəyən zərərin ödənilməsini tələb edir. Nümayəndələrinə də tapşırır ki, şahın qabağında özünüzü qürurlu aparın və ötkəm danışın. Onlar da şahın hüzurunda belə hərəkət edirlər. Ancaq yaltaq əyanlardan biri durub onlardan birini vurub öldürür ki, "sən nə cürətlə bizim şahın qarşısında özünü belə aparırsan?". Digər iki nəfəri də döyüb, sonra qovurlar ki, gedin öz şahınıza deyin ki, bizimlə belə tərzdə danışmaq olmaz. Bu xəbərdən qəzəblənən Çingizxan müharibəyə başlayır. Qəzəblənmiş monqollar sürətlə Orta Asiyadan Qafqaza doğru irəliləyir, yol boyu şəhərləri viran edir, əhaliyə divan tuturdular. Ən çox da İslam ruhanilərini öldürürdülər".

 

Kamil Allahyarov bildirib ki: "Bundan dəhşətə düşən ruhanilərin müsəllaya çıxmaları, Allaha dua etmələri və yalvarmaları heç bir nəticə vermir. Canlarını qutarmaq üçün Nişapurdan qərbə doğru qaçan şeyxlər yolda çox maraqlı və məntiqli müşavirə də keçirirlər. Əvvəlcə, onlar müzakirə edirlər ki, görəsən Allah bilir ki, kafirlər onun ümmətinin başına nə müsibətlər açırlar? Belə qərara gəlirlər ki, Allah bundan xəbərsiz ola bilməz, çünki o, hər şeyi biləndir. Daha sonra düşünürlər ki, onda bəs niyə Allah öz müsəlmanlarına kömək etmir? Axı o, həm də adil (ədalətli) və qadirdir (bacarandır). Bu məsələdə isə belə qərara gəlirlər ki, əgər Allah öz müsəlmanlarına kömək etmək istəyir, ancaq bunu bacarmırsa, onda qadir deyildir, əgər bacarır, ancaq kömək etmək istəmirsə, onda da deməli adil deyildir".

 

Görüntünün olası içeriği: bir veya daha fazla kişi ve yakın çekim

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə