Bundan böyük axmaqlıq?!

Siyasət

27.12.2023 - 18:05

“Azərbaycan Qarabağ problemini həll etdi və nöqtə”

“Dağlıq Qarabağ respublikasının ləğvi haqqında” sərəncam artıq mövcud deyil. Bunu “Azatutsyun” (Amerika Birləşmiş Ştatları Azadlıq Radiosunun Erməni Xidməti) ilə söhbətində "DQR prezidenti” Samvel Şahramanyanın müşaviri Vladimir Qriqoryan deyib.

“VereLQ”-nin yaydığı məlumata görə, Qriqoryanın fikrincə, buna əsas verən “Artsax prezidentinin”  “Artsax Prezidenti, dövlət naziri, hökumət, parlament üzvləri, Təhlükəsizlik Şurasının katibi, hüquq-mühafizə orqanlarının, hüquq-mühafizə orqanları, Stepanakert Bələdiyyə Başçısı və inzibati ərazilərin rəhbəri" fəaliyyətlərini davam etdirdikləri qeyd edilən 19 oktyabr tarixli qərarıdır.

Şahramaniyanın fərmanında qyed edilir ki, 1 oktyabr 2023-cü il tarixindən sonra “Artsax Respublikası” adından verilən sənədlər qanunidir.

"Artıq bu sərəncamın olması səbəbindən cənab Şahramaniyanın sentyabrın 28-də imzaladığı fərmanı ləğv etdiyini güman edə bilərik. Başqa sözlə, Artsax Respublikası, hökumət və bütün digər orqanlar 2024-cü il tarixindən sonra da fəaliyyətlərini davam etdirir", - deyə Vladimir Qriqoryan bildirib.

Onun sözlərinə görə, 28 sentyabr tarixli “DQR”-i buraxmaq qərarı "qanunsuz" idi və “respublika” 2023-cü ildən sonra da mövcud olacaq.

Maraqlıdır, separatçıların bu çərənləmələri beynəlxalq aləmdə Azərbaycan üçün necə nəticələnə bilər? Və bu “DQR” hətta rəsmi İrəvan belə, onu tanımaqdan imtina edirsə, nə qədər "mövcud" ola bilər? Axı, Ermənistanda Paşinyanın komandasının üzvləri "Dağlıq Qarabağ dövlət qurumlarının Ermənistan Respublikası ərazisində mühacirətdə öz mövcudluqlarını davam etdirə bilməyəcəyini" dəfələrlə ifadə edibilər.

Baş verənləri AYNA-ya tanınmış əcnəbi ekspertlər şərh ediblər.

İsrailli analitik, ictimai-siyasi xadim David Eidelman şərh edib:

“Çəkilmiş əti bərpa etmək mümkün deyil. Bunlar çox sadə həqiqətlərdir. Yeylmiş kabab heç vaxt qaçmayacaq və körpə bir quzu kimi mələməyəcək. İlk baxışdan bu anlayışlarda başa düşülməyəcək nə var ki? Amma bu gücləndirilmiş konkret prinsiplərin heç də hər kəs tərəfindən başa düşülmədiyi təəssüf doğurur.

Özü hər şeyi qəbul edən və kapitulyasiya imzalayan “DQR prezidenti” indi özü öz sərəncamını ləğv edir. Üstəlik, onun sərəncamının qanunsuz olduğunu söyləyirdilər, çünki, sən demə, “Artsaxın səlahiyyətli sənədlərində” belə bir fərmanı qəbul etməyə imkan verən bir müddəa yox imiş.

İndi də “Artsaxın” artıq de-fakto ləğv edilməsi, yalnız türk iş adamlarının Qarabağın bərpasına 3,5 milyard dollardan çox sərmayə qoyanda (və onlardan başqa digər investorlar var) Şahramanyan elan edir ki, sən demə, qərar qanunsuz imiş və indi hər şeyi geri qaytaracaqlarmış. Bununla birlikdə, eyni müvəffəqiyyətlə, Şahramanyan öz güllələnməsi ilə bağlı bir sərəncam imzalaya və sonra onu qanunsuz elan edə bilər, hansına görə ki, bütün güllələr bədəndən çıxarılmalı, avtomatın mağazasına qaytarılmalı, həmin avtomat satılmalıdır və gəliri içkiyə verib xərcləmək qalır. Bütün mənzərə məhz belə görünür. Bundan daha böyük axmaqlıq təsəvvür etmək çətindir.

Bundan əlavə, xatırlatmaq istəyirəm ki, məhz bu sərəncama görə Şahramanyan digər "DQR prezidentlərinin" taleyini yaşamadı, həbsə deyil, xaricə göndərildi. Ancaq o, Azərbaycan hakimiyyətinin səxavətliliyini qəribə qiymətləndirdi: hər şeyi ləğv etməyə və “Artsaxı” virtual olaraq geri qaytarmağa başladı. Eyni uğurla, bu şəxs Marsın Ermənistan tərəfindən anneksiya edilməsi haqqında bir qanun qəbul edə bilər.

Məsələ ondadır ki, keçmiş “DQR rəsmiləri”, o zaman Stepanakert adlandırdıqları Xankəndidə oturan separatçılar Ermənistanın dövlət büdcəsindən və erməni diasporundan gələn pulları yeyirdilər. İndi isə bu imkan əldən çıxıb. Və onlar mühacirətdə “Artsax rəsmiləri” olaraq qala və pul toplamağa və yeməyə davam edə biləcəklərinə inanırlar. Budur, olanların bütün mənası. Bu mənzərə gülməli və eyni zamanda acınacaqlı görünür”.

Qazaxıstanlı politoloq Kazbek Beysebayev:

“İlk növbədə  Ermənistanda Qarabağ və yerli siyasətçilər arasında müəyyən narazılıqların mövcudluğunu bilməliyik. Hamımızın bildiyimiz kimi, uzun müddət Qarabağ klanı hakimiyyətdə idi. İndi Qarabağ problemi həll edildi və bu gün Ermənistanda baş verən hər şey bu qarşıdurmanın əks-sədasıdır.

Buna görə də “DQR”-in bəzi sənədlərdə mövcud olması və ya olmaması önəmli deyil. Qarabağ problemi də dünya birliyi üçün nəhayət həll olunur.

Bundan əlavə, indi beynəlxalq stress və Ukraynadakı və Qəzza sektorunda davam edən müharibələr şəraitində dünyanı Ermənistan, onun Qarabağla bağlı narahatlıqları, bəzi bürokratik problemlər maraqlandırmır.

Buna görə baş verənlər Bakı üçün hər hansı bir sonluqla ilə nəticələnməyəcək. Azərbaycan Qarabağ problemini həll etdi və nöqtə”.

Müəllif: Rauf Orucov