Sabah 71 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
Sabah Bakıda 71 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. AYNA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, dəyişikliyin səbəbi paytaxtın Binəqədi rayonu ərazisində - “Baksol” yolunda aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətin tətbiq edilməsidir.
Məhdudiyyətlərə uyğun olaraq sözügedən marşrut xətti üzrə avtobusların hərəkəti “Azadlıq prospekti” metro stansiyası - “Baksol” yolu (məhdudiyyət tətbiq edilən hissəyə qədər) istiqamətində təşkil ediləcək.