Şarl Mişel İlham Əliyevi qarşılayıb
Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 14-də Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel ilə görüşü başlayıb.
AYNA xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanın dövlət başçısı İlham Əliyevi qarşılayıb.
Sonra birgə foto çəkdirilib.
Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Aİ Şurasının Prezidentinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi gözlənilir.

