Bosfor boğazında möhtəşəm görüntü

Maraqlı

08.11.2021 - 16:09

İstanbulda körpü Azərbaycan bayrağının rənglərinə büründü

Türkiyənin İstanbul şəhərində Fatih Sultan Mehmet körpüsü Zəfər Günü münasibətilə Azərbaycan bayrağının rənglərinə uyğun işıqlandırılıb.

AYNA xəbər verir ki, körpünün işıqlandırılması Bosfor boğazında müşahidə olunan dumanla birlikdə möhtəşəm görüntü yaradıb.

Qeyd edək ki, bu gün Azərbaycanda Zəfər Günü qeyd edilir.

Müəllif: Ayna.az