Boşanmaq istəyən qadının şikayəti hamını heyrətləndirib - Sevgi çoxluğu

Maraqlı

24.08.2019 - 20:18

"Mən yalnız ideal və xeyirxah bir ər olmaq istəyirəm"

 

Birləşmiş Ərəb Əmirliklərində bir qadın məhkəməyə müraciət edib. AYNA Rusiya mətbuatına istinadən xəbər verir ki, qadın ərindən boşanmaq istəyir. Səbəb isə ərinin "onu çox sevdiyi"dir. Qadın Əl Fujayra əmirliyinin şəriət məhkəməsində iddia qaldırıb. Hakimə bildirib ki, o, "sevgisi ilə boğulur". BƏƏ sakini olan qadın məhkəmədə etiraf edib ki, əri ona heç vaxt qışqırmayıb, istəklərini reallaşdırıb, rədd etməyib. Hətta bəzən evləri təmizləyib, yemək bişirib. Ərinin bir il evli olduqları müddətdə qadına qarşı çıxmayıb. Qadın da bundan əsəbləşib.

 

Qadın məhkəmədə deyib ki, müzakirələrə, hətta mübahisələrə ehtiyacım var. Kişinin hər şeyə razı olması mənim üçün rahat bir həyat deyil. Buna görə ən azı bir dəfə mübahisə etmək istəyirəm, amma romantik həyat yoldaşımla bu mümkün deyil. Məni əbədi bağışlayır və hədiyyələr verir.

 

Kişi məhkəmədə ağlayıb və həyat yoldaşının bu qərarından çox üzüldüyünü deyib: "Mən yalnız ideal və xeyirxah bir ər olmaq istəyirəm". Kişi deyib ki, arvadı onu kilolu olduğu üçün təhqir edib. Məhz həyat yoldaşına görə pəhrizə oturduğunu, idman etməyə başladığını və məşq zamanı ayağını sındırdığını  deyib.

 

Daha sonra ər hakimdən xahiş edib ki, həyat yoldaşını fikrindən daşındırsın. Məhkəmə, həyat yoldaşlarının barışığına bir şans verməsi üçün işin təxirə salıb.

Müəllif: Ayna.az