Banklardakı əmanətlərin 47 faizi milli valyutada qoyulub

İqtisadiyyat

16.12.2020 - 17:44

Əmanətlərin milli valyuta ekvivalentində məbləği oktyabr ayı ərzində 36 milyon manat artıb

 

Mərkəzi Bankın məlumatına görə, noyabrın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği oktyabr ayı ərzində 36 milyon manat artaraq 7 milyard 870,3 milyon manat təşkil edib.

 

Dövlət Statistika Komitəsindən AYNA-ya bildirilib ki, əmanətlərin 53 faizi xarici, 47 faizi isə milli valyutada qoyulub.

 

Noyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 2,01 (1,93) manata, 100 türk lirəsinə 21,34 (24,69) manata, 100 rus rubluna 2,21 (2,37) manata bərabər olub.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə