Bakının “20 yanvar” dairəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Xəbərlər

29.12.2022 - 11:57

“3-cü mikrorayon” dairəsində yol ötürücüsündə təmir işləri aparılacaq

Dekabrın 30-dan 31-nə keçən gecədən etibarən yanvarın 4-ü axşam saatlarına qədər Bakının “20 Yanvar” dairəsindən Ziya Bünyadov prospekti istiqamətində (yalnız yolötürücüsü üzərində) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, buna səbəb paytaxtın Nəsimi rayonunun Alı Mustafayev küçəsində - “3-cü mikrorayon” dairəsindəki yol ötürücüsündə aparılacaq təmir işləridir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş