Bakıdan Qarabağ ermənilərinə növbəti təklif

Siyasət

27.03.2023 - 10:41

Paytaxtımızda görüş keçirilməsi bir daha təklif edilib

Rəsmi Bakı Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ikinci görüşün Azərbaycanın paytaxtında keçirilməsini bir daha təklif edib. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir”, - deyə məlumatda bildirilir.

Müəllif: Ayna.az