Bakıda qadının qətli ilə bağlı cinayət işi başlanıb

Xəbərlər

07.12.2022 - 19:30

İlqar Qəribov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib

Bakıda qadının qətli ilə bağlı cinayət işi başlanıb. Bu barədə AYNA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Xətai rayonunu ərazisində 1983-cü il təvəllüdlü Raminə Qəribovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri 1976-cı il təvəllüdlü İlqar Qəribovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Raminə Qəribovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İlqar Qəribov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda iş üzrə istintaq davam edir.

Müəllif: Ayna.az