Azərbaycan XİN Estoniyaya etiraz edib

Siyasət

20.12.2022 - 00:36

Həkimlər Klinikalar SEO Xidməti

XİN: ""Blokada"da avtomobillər keçirsə, yol necə bağlı ola bilər?"

Azərbaycan Xarici İşlər Nazirliyi Estoniya XİN-ə etiraz edib. AYNA-nın xəbərinə görə, bu barədə Azərbaycan XİN rəsmi "Twitter" hesabında bildirib.

 

“Biz Estoniya XİN-in Azərbaycanın Qarabağ bölgəsini köhnəlmiş sovet adları ilə adlandırmasını qəbuledilməz hesab edirik. Görünür, bu, qeyri-qanuni iqtisadi fəaliyyəti insanların iztirabları ilə bağlı iddialarla ört-basdır etmək, qanunsuz hərəkətlərə qarşı fəaliyyəti qabaqlamaq üçün yeni bir tendensiyadır. “Blokada”da avtomobillər keçirsə, yol necə bağlı ola bilər?”, - Azərbaycan XİN bildirib.

Qeyd edək ki, Estoniya XİN "Twitter" hesabında “Dağlıq Qarabağ” ifadəsindən istifadə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş