“Azərbaycan Ordusu düşmənin ön xəttini yarıb” – <font color=red> Müdafiə naziri</font>

Aktual

27.09.2020 - 15:40

Zakir Həsənov: “Biz düşmənin müqavimətini o qədər də güclü görmürük. Düşmən tam şəkildə geri çəkilib”

 

Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında cəbhədəki əməliyyatlar barədə məlumat verib. AYNA-nın xəbərinə görə, Z.Həsənov bildirib ki, Erməni silahlı bölmələri Füzuli, Cəbrayıl, Tərtər və Ağdam rayonlarının kəndlərini artilleriyalardan atəşə tutub. Nəticədə, itkilərimiz olub, mülki şəxslər yaralanıb.

 

Nazir vurğulayıb ki, Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində düşmənin ön xətti yarılıb: “Nəticədə, yeddi kənd - Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı və Nüzgər kəndləri işğaldan azad edilib. Digər istiqamətlərdə Azərbaycan Ordusu uğurlu əks-hücum hərbi əməliyyatları keçirir”.

 

Z.Həsənov onu da əlavə edib ki, düşmən böyük itkilər verərək geri çəkilib: “Azərbaycan Ordusunun zərbələri həm ön xətdə, həm də düşmənin tam dərinliyində həyata keçirilir, ən müasir silahlar tətbiq olunur. Biz düşmənin müqavimətini o qədər də güclü görmürük. Düşmən tam şəkildə geri çəkilib”.

Müəllif: Ayna.az