Azərbaycan neftinin qiyməti ucuzlaşıb

İqtisadiyyat

21.08.2020 - 11:48

Bir barrel neftimiz 0,51 dollar azalaraq 44,94 dollar olub

 

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,04 dollar bahalaşaraq 44,94 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,35 dollar azalaraq 42,58 dollar təşkil edib.

 

Azərbaycan neftinin qiyməti isə ucuzlaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,51 dollar azalaraq 44,94 dollar olub.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub. 

Müəllif: Ayna.az