Azərbaycan neftinin qiyməti 52 dollara yaxınlaşır

İqtisadiyyat

17.12.2020 - 11:40

Dünya birjalarında neft qiyməti bahalaşır

 

Dünya birjalarında neft qiyməti bahalaşır. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,53 dollar artaraq 51,61 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,53 dollar bahalaşaraq 48,35 dollar olub.

 

Azərbaycan neftinin də qiyməti bahalaşır. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,08 dollar artaraq 51,52 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az