Azərbaycan neftinin qiyməti 48 dolları keçib

İqtisadiyyat

25.11.2020 - 10:58

Həkimlər Klinikalar SEO Xidməti

Dünya bazarında neftin qiyməti bahalaşır

 

Dünya birjalarında neft qiymətləri bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,41 dollar artaraq 48,27 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,26 dollar bahalaşaraq 45,17 dollar olub.

 

Azərbaycan neftinin də qiyməti bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,79 dollar artaraq 48,07 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az