Norveçdə “P-8 Poseidon” sualtı qayıq əleyhinə təyyarələr yerləşdirilib
ABŞ Norveçdə “P-8 Poseidon” sualtı qayıq əleyhinə təyyarələrini yerləşdirib. AYNA.AZ xəbər verir ki, bu barədə “Newsweek” jurnalı məlumat yayıb.
Pentaqonun Danimarka, Polşa və Norveçdə baş verən pilotsuz təyyarə insidentləri, həmçinin “Rusiyanın NATO ölkələrinin dənizaltı kabel və boru kəmərləri üçün təhlükəsi” səbəbindən Şimali Avropada patrul təyyarələrinin mövcudluğunda maraqlı olduğu bildirilir.
“P-8 Poseidon” patrul missiyalarını yerinə yetirməyə qadir olan sualtı qayıq əleyhinə təyyarədir. O ABŞ da daxil olmaqla bir sıra NATO ölkələrinin xidmətindədir. Onun uçuş məsafəsi 8000 km-dən çoxdur və müxtəlif gəmi və sualtı qayıq əleyhinə silahları daşıya bilir.