Yarımçıq Arzu Nağıyev

Siyasət

18.07.2020 - 19:00

Həkimlər Klinikalar SEO Xidməti

İyulun 12-dən Ermənilərin Tovuz istiqamətində atəşkəsi pozaraq Azərbaycana qarşı təxribat həyata keçirməsi ortaya bir çox suallar çıxarmış oldu. Niyə, təxribat Qarabağdan deyil, məhz Tovuz istiqamətindən edildi? Sərhəddə baş verən olayları  Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyevlə müzakirə etdik.

  • Arzu bəy, düşmənin təxribatı məhz sərhəd istiqamətində həyata keçirməsinin əsas məqsədi nə idi?
  • Düşünürəm ki, hər tərəfdən onların təxribatı gözlənilən idi. Təxribatın Tovuz istiqamətindən olması da gözlənilməyən deyildi. Çünki onlar birmənalı şəkildə istəyirdilər ki, nəyin bahasına olur-olsun sərhəddin elə bir yerindən təxribat etsinlər ki, cavab atəşi ilə onlara atəş açılsın və bununla da bütün dünyaya car çəksinlər ki, Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvüdürlər və məhz buna görə də, bunlara yardım olunmalıdır. Əsas məsələdə nəyin bahasına olursa-olsun Rusiyanı da bu oyuna qatmaq idi. Lakin bunu edə bilmədilər. 
  • Həmin yüksəlikləri ələ keçirməkdə hansı məqsədi güdürdülər?
  • Onlar həmin yüksəkliyi ələ keçirməklə düşünürdülər ki, ordan keçən kommunikasiyalara- Bakı-Tblisi-Qars, dəmiryolları, bor kəmərlərinə müəyyən qədər nəzarət edə bilərlər. Bu da onların gözlərində qalan arzlarından biri oldu.
  • Niyə Qarabağdan hücuma keçmədilər?
  • 69 km Tovuzun ərazisindən onların sərhəddi var. Bunlar bilirdilər ki, Qarabağdan hər hansı bir addım atılsa, birmənalı şəkildə Azərbaycan ordusu hücuma keçəcək, çünki öz ərazisidir.  Bununla bağlı beynəlxaql təşkilatlara hay-küy sala bilməyəcəkdilər. Ona görə də onlar sərhəddin o tərəfini seçdilər.
  • Düşmənin boş postu ələ keçirməsi ordumuzda müəyyən boşluqların olmasını göstərmirmi?
  • Orda Qarabəyli yüksəkliyinə bənzər yerlər var ki, orada üç, dörd post var. Onların hansının daha vacib olub-olmaması məsələsi artıq ordu rəhbərliyinin işidir. Qüvvvənin az və ya çox saxlanması işinə də onlar rəhbərlik edir. Dislakasiya məsələlərini müdafi nazirliyi və ordu rəhbərliyi daha yaxşı bilir və özləri ciddi nəzarət edəcək. Ümumiyyətlə tək həmin postda deyil, onların əsas məqsədi həmin o yüksəklikləri ələ keçirməkdir.
  • Son təxribat ordumuza və millətimizə nəyi göstərdi?
  • Əsas məqam ondan ibarətdir ki, Azərbaycan orudusu orda olan zaman çevrilib arxaya baxanda görür ki, arxasında işıqlar yanır, kimləri müdafiə edirlər.Sakinlər, vətəndaşlar onlarla birgədir. Bu zaman ordu daha güclü olur. Bugün əsas güc nümayiş etdirə bildik ki, ordu vətəndaşla bir yerdədir və vətəndaş da orduya kömək edir.

 

Ülviyyə Şahin

Müəllif: Nicat Hacıyev

Pin up casino Pin-up casino giriş