İllinoys ştatına 300 Milli Qvardiya əsgəri göndəriləcək
ABŞ Prezidenti Donald Tramp İllinoys ştatına 300 Milli Qvardiya əsgərinin göndərilməsi barədə göstəriş verib. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.
"Prezident Tramp Amerika şəhərlərində baş verən qanunsuzluqlara göz yummayacaq", - deyə Ağ Evin açıqlamasında qeyd edilib.
Qeyd edək ki, sentyabrın sonunda çoxlu sayda ABŞ Gömrük və Sərhəd Mühafizəsi agentinin Çikaqoya gəldiyi və şəhərin sənədsiz immiqrantları həbs etməyə başladığı bildirilib. İllinoys ştatının qubernatoru Cey Pritzker hüquq-mühafizə orqanlarının hərəkətlərini qınayıb, onların cəmiyyəti qorxutduğunu və biznesə zərər verdiyini iddia edib.