Cenevrədə konstitusiya danışıqları aparılacaq
Doqquz ildən çoxdur vətəndaş müharibəsi və xaosun davam etdiyi Suriyada barışıq üçün addım atılıb. AYNA xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen açıqlama verib.
Pedersen Suriyada qarşıdurma və müharibənin bitəcəyinə işarə verib: “Pandemiyanın imkan verəcəyi təqdirdə, Suriya rəhbərliyi və müxalifəti Cenevrədə konstitusiya danışıqları aparmaq üçün masaya oturacaqlar”.
Nümayəndə, görüşün tarixi ilə bağlı heç bir açıqlama verməsə də, görüşün video-konfrans vasitəsi ilə olmayacağını vurğulayıb: "Hazırki sakitlik tərəflər arasındakı qarşıdurmanın aradan qalxması üçün bir fürsət ola bilər”.
O, həmçinin ABŞ və Rusiyadan da sülh üçün vəziyyətə müdaxilə etməyi tələb edib.