Qəzzada beynəlxalq hərbi kontingentə Misir rəhbərlik edəcək

Dünya

19.10.2025 - 09:21

ABŞ və Avropa BMT-nin Qəzza zolağında beynəlxalq qüvvələrin yaradılması ilə bağlı qətnaməsini hazırlayır

Qəzza zolağı üçün beynəlxalq hərbi kontingentə Misir rəhbərlik edəcək. AYNA.AZ xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Azərbaycan, İndoneziya və Türkiyə də “sabitləşdirmə korpusu”na əhəmiyyətli sayda hərbçi qatacaq.

ABŞ və Avropa ölkələri BMT Təhlükəsizlik Şurasına Qəzza üçün beynəlxalq qüvvələrin formalaşdırılmasına dair qətnaməni təqdim edəcək və bu qətnamədə onun səlahiyyətləri dəqiq müəyyənləşəcək. Vaşinqton israr edir ki, korpusun BMT mandatı var.

Eyni zamanda, ABŞ hakimiyyəti Qəzzada yerləşdirilmiş və BMT-nin rəsmi sülhməramlı qüvvələrinin tərkibində fəaliyyət göstərən qoşunlara qarşı çıxır.

Qəzet qeyd edib ki, ABŞ anklavdakı qoşunların Haitidə mütəşəkkil cinayətkar qruplara qarşı mübarizə aparan beynəlxalq qüvvələrlə eyni statusa malik olmasında maraqlıdır.

“The Guardian” yazır ki, Misir hələlik bu tip hərbi yerləşdirməyə razılıq verməyib. Qəzet Avropa qoşunlarının Qəzzanın təhlükəsizliyinin təmin edilməsinə cəlb olunmayacağını vurğulayıb.

Qeyd edək ki, oktyabrın 9-da ABŞ Prezidenti Donald Tramp İsrail və Fələstinin radikal HƏMAS hərəkatının nümayəndələrinin Qəzza zolağında saxlanılan bütün girovların azad edilməsini və İsrail qoşunlarının razılaşdırılmış mövqelərə çıxarılmasını nəzərdə tutan sülh planının birinci mərhələsi üzrə razılığa gəldiyini açıqlayıb. Oktyabrın 10-na keçən gecə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi hökumətin bütün girovların azad edilməsi ilə bağlı sazişi təsdiqlədiyini açıqlayıb. Atəşkəs razılaşması oktyabrın 10-da Bakı vaxtı ilə saat 13:00-da qüvvəyə minib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş