Paşinyan Vatikana işgüzar səfər edəcək

Dünya

19.10.2025 - 00:38

Baş nazir Papa XIV Leonun sədrliyi ilə keçiriləcək kanonizasiya mərasimində iştirak edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 18-20-də Vatikanda işgüzar səfərdə olacaq. AYNA.AZ erməni mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan bildirib.

Məlumata görə, oktyabrın 19-da Paşinyan arxiyepiskop İqnatius Maloyan və daha altı möhtərəmin müqəddəs Pyotr meydanında Papa XIV Leonun sədrliyi ilə keçiriləcək kanonizasiya mərasimində iştirak edəcək.

Səfər çərçivəsində Ermənistanın Baş nazirinin Roma Papası, eləcə də Vatikanın dövlət katibi kardinal Pietro Parolinlə görüşü nəzərdə tutulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş