Paşinyan Bakıya gəlməzsə...

Aktual

12.06.2024 - 10:21

Həkimlər Klinikalar SEO Xidməti

Azər Qasımlı: “4 kənd Azərbaycana qaytarıldı, amma bu, o demək deyil ki, bu il sülh müqaviləsi imzalanacaq”

Fuad Çıraqov: “Paşinyan sülh müqaviləsi imzalamadan da Bakıya gələ bilər”

Ermənistanın Baş naziri Nikol Paşinyanın gündəmində belə bir məsələ yoxdur. Bunu “news.am”a müsahibəsində Ermənistan hökumətinin başçısının mətbuat katibi Nazeli Bağdasaryan deyib.

Söhbət Paşinyanın BMT-nin COP29 sammitində iştirak etmək üçün Bakıya gəlməsi barədə yayılan məlumatlardan gedir. “Baş nazirin iş gündəmində belə bir səfər nəzərdə tutulmayıb”, - deyə Bağdasaryan bildirib.

Bu mövzuya son vaxtlar Azərbaycanda bir çox politoloqlar toxunur. Və demək olar ki, Paşinyanın iqlim sammitinə mütləq gələcəyi və çox güman ki, Ermənistanla Azərbaycan arasında müharibəyə son qoyulması üçün sülh müqaviləsinin də burada imzalanacağı az qala qabaqcadan alınan nəticə kimi qəbul edilir.

Bağdasaryanın bəyanatı nəyi göstərir? Nə üçün bu ilin sonuna qədər sülh sazişinin bağlana biləcəyini gözləməyək? Axı sammit noyabrda baş tutacaq.

AYNA mövzunu tanınmış ekspertlərlə müzakirə edib.

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı:

“Düzünü desəm, bu il Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının mümkün olacağına şübhə ilə yanaşıram. Və mənim gördüyüm qədər, bugünkü gündəmdə Paşinyanın Azərbaycana işgüzar və ya başqa bir səfərlə gələ biləcəyi və ya COP29-a baş çəkə biləcəyi sualı yoxdur.

Ümumiyyətlə, bu iqlim sammiti ilə bağlı hər şey o yerə gedir ki, aparıcı dövlətlərin əsas liderləri çox güman ki, orada iştirak etməyəcəklər. Bu, nə ilə bağlıdır? Əvvəla, Azərbaycanla Ermənistan arasında sazişlə bağlı hələ ki, nəzərəçarpacaq nəticələrin olmadığı və çox güman ki, bu il imzalanması mümkün olmayacaq sülhlə əlaəqlidir. Xüsusən də ötən gün İlham Əliyevin, Ermənistan referendum keçirməyincə və konstitusiyasını dəyişməyincə sülh müqaviləsi imzalanmayacağı barədə bəyanatından sonra.

Hətta əminəm ki, Ermənistan belə bir referenduma getsə, o zaman başqa arqumentlər də tapılacaq. Məsələn, 2020-ci ildə Zəngəzur yolu ilə bağlı birgə Üçtərəfli Bəyanat imzalanmışdı ki, ona nəzarət Rusiya FSB tərəfindən həyata keçiriləcək. Amma aydındır ki, Ermənistan bununla razılaşmayacaq.

Yəni real irəliləyiş yoxdur. Bəli, 4 kənd Azərbaycana qaytarıldı, amma bu, o demək deyil ki, bu il müqavilə imzalanacaq. Mənim skeptisizmim onunla izah olunur ki, Azərbaycan rəhbərliyinə Rusiyanın ciddi təsiri var. Üstəlik, biz artıq təsirdən deyil, Moskva ilə Bakının müttəfiqlik münasibətlərindən, ümumi xarici siyasətin qurulmasından, regional və dünya gündəminin müxtəlif məsələlərinə ümumi münasibətdən danışa bilərik.

Rəsmi Bakı və Kreml ortaq tezislərdən istifadə edir. Üstəlik, Azərbaycanda daxili siyasətlə bağlı yalnız qanunvericilikdəki problemlərdən, jurnalistlərin və siyasi fəalların həbsindən danışmaq olar. Bu mənada hesab edirəm ki, bu gün həm dünya liderlərinin, həm də Paşinyanın özünün COP29-da iştirakı şübhə altındadır”.

Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktor müavini Fuad Çıraqov:

“Düşünürəm ki, çoxları müxtəlif şeyləri qarışdırırlar. Sülhün imzalanması başqa, normallaşma başqa, Paşinyanın Bakıya mümkün səfəri isə üçüncü bir məsələdir. Paşinyan hətta hansısa çərçivə sənədi ilə və sülh müqaviləsi imzalamadan da Bakıya gələ bilər. Yaxud biz əhəmiyyətli bir sənəd imzalaya bilərik və Paşinyan Bakıya gəlməyə bilər. İndi hər şey çox dinamikdir və hər şey ola bilər.

Bizim üçün Paşinyanın Bakıya səfəri məqsəd deyil. Məqsədimiz davamlı və dayanıqlı sülh və bütün mümkün problemlər mənbələrinin aradan qaldırılmasıdır. İndi də bu mənbələrdən biri də mifik Ermənistanın öz Konstitusiyasında legitimləşdirilməsidir”.

Müəllif: Rauf Orucov