“Danışıqlar zamanı tərəflər dərhal atəşkəs barədə razılığa gəliblər”
Pakistan və Əfqanıstan arasında Dohada keçirilən danışıqlar zamanı dərhal atəşkəsin elan olunması barədə razılıq əldə edilib. AYNA.AZ xəbər verir ki, bu barədə bəyanat Qətər Xarici İşlər Nazirliyinin “X” hesabında yer alıb.
“Danışıqlar zamanı tərəflər dərhal atəşkəs barədə razılığa gəliblər”, –qeyd olunub.
Sənədi Əfqanıstan və Pakistanın müdafiə nazirləri Məhəmməd Yaqub Mücahid və Xavaca Asif, həmçinin Qətər və Türkiyə nümayəndələri imzalayıblar.