Övlad sahiblərinin nəzərinə - <font color=red> VİDEO</font>

Cəmiyyət

17.12.2019 - 12:11

Uşaqların sağlam qidalanma vərdişləri mövzusunda yeni videoçarx hazırlanıb

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) son günlərin ən aktual mövzusu olan sağlam qidalanma vərdişlərinə həsr olunan maarifləndirici videoçarx hazırlayıb.

 

AQTA-dan AYNA-ya verilən məlumata görə, yeni videoçarxda valideynlər tərəfindən uşaqlara erkən yaşlarından sağlam qidalanma vərdişlərinin aşılanması tövsiyə olunur. Maarifləndirici videoçarxda bəzi hazır qidaların uşaqlar üçün daha cəlbedici olmasına baxmayaraq, onların bununla bağlı öz valideynləri tərəfindən vaxtında məlumatlandırılması və düzgün istiqamətləndirilməsinin vacibliyi diqqətə çatdırılır.

 

Sağlam qidalanma vərdişlərinə həsr olunan yeni videoçarx bu sahədə aparılan təbliğat və təşviqat işlərinin növbəti mərhələsini təşkil edir.

Müəllif: Ayna.az