“Bu gün Macarıstan ABŞ-Rusiya danışıqlarının sülhə gətirib çıxaracağına dair ciddi şansların olduğu Avropa ölkəsidir”
“Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında Budapeştdə keçiriləcək görüş Ukraynada sülhün bərqərar olması üçün yaxşı şansdır”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban səsləndirib.
“Bu gün Macarıstan ABŞ-Rusiya danışıqlarının sülhə gətirib çıxaracağına dair ciddi şansların olduğu Avropa ölkəsidir”, - Baş nazir vurğulayıb.
Orban Macarıstanın sülhməramlı səyləri davam etdirməyə hazır olduğunu bildirib.