Onlara koronavirus “sahib” çıxarsa...

Cəmiyyət

06.03.2020 - 19:45

Səfil həyat tərzi sürənlər təhlükəli virusu yaya bilərlərmi?

 

1346-1348-ci illərdə Avropada “qara ölüm” adı verilən vəba epidemiyası yayıldı. Onun qurbanlarının sayı Avropanın o zamankı əhalisinin üçdə birinə qədər (25 milyon nəfər) oldu. "Qara ölüm"ün mərkəzi Almaniyanın Brügge şəhəri idi. Bu xəstəliyi yayanlar bir parça çörək tapmaq üçün şəhərləri, küçələri gəzən səfillər idi.

 

Azərbaycanda, xüsusən də böyük şəhərlərin küçələrində başlarını soxmağa yer, ac qalmamaq üçün isə yemək axtarışına çıxan, səfil həyat tərzi sürən insanlara rast gəlmək olur. Təbii ki, belə həyat tərzi və pis vərdişlər xəstəliklərin yayılması riskini artırır, onların bir çoxunda minlərlə infeksiya mövcud olur - vərəm, zöhrəvi xəstəliklər və s. Eyni zamanda, həmin şəxslərin adicə gigiyena qaydalarından xəbərdar olmamalarından danışsaq, müalicə olunma imkanları sıfıra bərabərdir.

 

Səfil həyat tərzi sürən insanların koronavirusu yayma ehtimalı varmı? AYNA əməkdaşı bu sualla, səfil həyat tərzi sürənlər insanların problemləri ilə məşğul olan hüquq müdafiəçisi Nataliya İorinaya müraciət edib.

Rəşad Rüstəmov